Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək.
"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatsa qeyd edilib.