Bərdədə sərt karantin rejimi ilə əlaqədar gecə-gündüz xidmət aparılır-FOTO
Tarix: 17-12-2020, 17:19
Baxılıb: 619
Google+ Paylaş
Tumblr Paylaş

Bərdədə sərt karantin rejimi ilə əlaqədar gecə-gündüz xidmət aparılır-FOTO

17-12-2020, 17:19

Məlum olduğu kimi koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulub.
Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə xüsusi karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 
BÖLGƏ TV-nin əməkdaşları polis əməkdaşlarının karantin dövrü postlardakı fəaliyyəti ilə bağlı reportajlar hazırlamaqda davam edir.
Bu dəfə əməkdaşlarımız sərt karantin rejimi tədbiq olunan Bərdədə olublar.
 BÖLGƏ TV bildirir ki, polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə Bərdədə fəaliyyət göstərən 9 postda  karantin postlarında xidmət aparırlar, mütəmadi reydlər keçirirlər.
Bərdənin giriş-çıxışlarında qurulan karantin postlarında xüsusi nəqliyyat vasitələri, yükdaşıyan avtomobillər və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti  istisna olmaqla digərlərinin şəhər mərkəzinə ( kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışı məhdudlaşdırılıb.
Həmçinin maşınların gediş-gəlişinə şərait yaradılır, təcili yardım və hərbi maşınların rahat şəkildə hərəkəti təmin edilir, şəhərin kənarındakı karantin postlarından başqa, şəhərin mərkəzində də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları  gecə-gündüz gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
 
Reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edən sürücülər geri qaytarılır , maska taxmayanlar cərimələnir və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət olunur, vətəndaşlara karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.
 


















Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ