SON DƏQİQƏ! Putin BƏYAN ETDİ: Xəritələr bizdədir - Sərhəd məsələsi belə HƏLL OLUNACAQ
Tarix: 22-10-2021, 00:07
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! Putin BƏYAN ETDİ: Xəritələr bizdədir - Sərhəd məsələsi belə HƏLL OLUNACAQ

22-10-2021, 00:07

Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.

REPORTYOR.org xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.

Nə zaman ki, regionda nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq.
Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil:

""İndi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”. /Kanal.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ