Koronavirusu araqla öldürmək mümkün deyil - rusiyalı ekspert
Tarix: 22-03-2020, 13:23
Baxılıb: 604
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusu araqla öldürmək mümkün deyil - rusiyalı ekspert

22-03-2020, 13:23

Rusiyanın həkim dermatoloqu Marina Qornostayeva araq və digər spirtli içkilərdən antiseptik məhlul olaraq istifadə edilməsinin mənasız olduğunu söyləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə “Qovorit Moskva” radio stansiyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bakteriyaları içkilərin tərkibindəki spirtlə öldürmək mümkün deyil. Ekspert hər hansı məhlulun tərkibindəki sprtin 40%-lik konsentrasiyasının kifayət etmədiyini, onun ən az 70% olması gərəkdiyini söyləyib.
M.Qornostyeva bundan başqa antiseptik geldən sonra nəmləndirici kremdən istifadə olunmasının zərərini açıqlayıb. “Qoy əllər quru qalsın, amma təki sağlamlığımızı qoruyaq”,-deyə o, qeyd edib.
“Rusiya keyfiyyət sistemi” (Roskaçestvo) təşkilatı isə əhalini mobil telefonlarını dezinfeksiya etməyə çağırıb. Təşkilatın ekspertləri, bu tip cihazların displey, klaviatura və korpusunu 70%-lik spirtlə təmizlənməsinin vacib olduğunu bildiriblər. Bundan başqa, smartfonların silikon və plastikdən hazırlanmış qablarının da təmizləyici maye ilə yuyulması, lakin bununla bərabər xlor tərkibli məhlullardan istifadə olunmaması məsləhət görülür.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ