Koronavirus yavaş-yavaş “gəlir” - 560 nəfər karantindədir
Tarix: 18-03-2020, 08:47
Baxılıb: 530
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus yavaş-yavaş “gəlir” - 560 nəfər karantindədir

18-03-2020, 08:47

Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında deyilir.
Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Müsavat”a verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub.
Dövlət Gömrük Komitəsi martın 17-də mətbuat üçün yaydığı bəyanatında bildirir ki, martın 18-dən bu məhdudiyyətlər Rusiya ilə sərhəddə yerləşən gömrük-sərhəd keçid məntəqələrində də tətbiq ediləcək. Lakin yük maşınlarının sərhəddən keçidinə heç bir maneə yoxdur.
Koronavirus azərbaycan ile ilgili görsel sonucu
 “Xarici ticarət iştirakçılarının diqqətinə onu da çatdırırıq ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək”, - deyə, komitənin bəyanatda deyilir.
Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.
Kliniki Tibbi Mərkəzdən “Trend”ə verilən məlumata görə, hazırda 9 nəfər stasionar karantin şəraitində saxlanılır: “Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, 9 nəfər isə karantindədir”.
Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən bildirib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var.  Onun sözlərinə görə, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb: “Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar”.
Hazırda bütün dünyada hava nəqliyyatı pozulub, sərhədlər bağlanıb, ciddi iqtisadi, sosial xaos yaşanır. Ekspertlər hesab edirlər ki, bu xaos uzun müddət davam edə bilməz. Bu xüsusda çinli alimlərin fikrincə koronavirus təhlükəsi bu ilin iyun ayına qədər davam edəcək. Hesab edilir ki, iyun ayından sonra koronavirusa qarşı mübarizələr ciddi nəticə verəcək.
Koronavirus ile ilgili görsel sonucu
Onu da bildirək ki, artıq ABŞ-da koronavirusa qarşı peyvənd 43 yaşlı könüllü qadın üzərində tətbiq edilib. Bir ay fasilə ilə 45 nəfərin də peyvənd olunacağı planlaşdırılır. Peyvənd olunan iki uşaq anası Cenifer Haller bildirib ki, hamımız özümüzü çarəsiz hiss edirik, bu mənim nələrsə edə bilməyim üçün bir fürsətdir.
O, peyvənddən sonra özünü yaxşı hiss etdiyini də əlavə edib.
Dünyada və Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri davam edir. Çindən dünyaya yayılan COVİD-19 kimi tanınan infeksiya artıq Çinin özündə lokallaşdırılıb. Çindən verilən rəsmi açıqlamalara görə, orada artıq bir çox şəhərlərdəki karantin rejimi ləğv edilib.
Lakin Avropada və digər ölkələrdə vəziyyət gərgin olaraq qalır. Rəsmi məlumatlara görə, artıq dünyanın 162 ölkəsində bu virusa yoluxma halı qeydə alınıb.
Tədqiqatçılar virusa qarşı qoruyucu peyvəndin istehsalı üçün 12 və ya 18 ay vaxt tələb olunduğunu qeyd ediblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ