loading...

5 ilin deputatını nə seçiciləri tanıyır, nə də o, seçicilərini...

5 ilin deputatını nə seçiciləri tanıyır, nə də o, seçicilərini...Azər Badamov gülməli duruma düşüb

Parlament seçkilərinə az müddət qaldığı bir zamanda medianın gündəmində olan mövzulardan biri də ötən 5 ilin ən aktiv və passiv deputatlarıdır.

Aydın məsələdir ki, Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili seçicilərini, eyni zamanda, bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar milləti narahat edən bütün məsələlərdə danışmağa, aktiv, fəal olmağa borculudurlar. Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır.

Lakin reallıq odur ki, əksər deputatlar Milli Məclisin tanınmayan və “lal” millət vəkili adını qazanıb.Bolgexeber.com bildirir ki, Azər Badamov da məhz o deputatlardandır ki, nə adını eşidib bilən var, nə də Milli Məclisin iclaslarında səsini eşidən. Hətta bir müddət öncə media nümayəndələri arasında sorğu keçirilərək , 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovu tanıyıb, tanımadıqları soruşulmuşdu.

Jurnalistlərdən bir neçəsi millət vəkilinin adını eşidib, üzünü görmədiyini söyləsə də , əksəriyyət, belə bir deputatın varlığından xəbərsiz olduqlarını bildirmişdilər. Belə nəticəyə gəlmək olar ki, Azər Badamov Milli Məclisdə aparılan müzakirələrdən xəbərsizdir və “lal” deputatlar siyahısında olanlardandır. Belə bir vəziyyətdə 51 saylı Qusar seçki dairəsinin seçicilərinin Azər Badamovu tanıyıb, tanımaması isə sual altındadır. (dia.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər