“Koronavirusdan ölən 12 nəfərin cəsədini daşıdım" - Günayın keçmiş əri
Tarix: 27-04-2020, 22:28
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

“Koronavirusdan ölən 12 nəfərin cəsədini daşıdım" - Günayın keçmiş əri

27-04-2020, 22:28

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel koronavirusa görə ABŞ-da yaşadığı çətin günlərdən danışıb.   
Musavat.com xəbər verir ki, aktyorluğu atıb Amerikaya köçən və orada TIR sürücüsü olan Tolqa bu haqda “İkinci sayfa”  verilişində deyib. Keçmiş aktyor bildirib ki, ailəsini qorumaq üçün 1 aydır TIR-da yaşayır:
"Nə qədər diqqət etsək də, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədilər. Şükür edirəm ki, işim var. Dünən həyat yoldaşım ağlayaraq zəng etdi ki, 2 ilə yaxındır işlədiyi yerdən çıxarıblar. Nyu-Yorkda mənə “qısa məsafəyə aparmalı olacağın yük var” dedilər. Gedib yükə baxdım, 12 cəsəd... Şok oldum, koronavirusdan ölən həmin 12 insanın meyitini daşıdım".
Qeyd edək ki, Tolqa və Günay illər əvvəl ailə qurub və ayrılıb. Onların bu nikahdan bir oğlu var.
Hazırda Tolqa Sarah Skott adlı xanımla ailəlidir. Onların iki övladı var. 
Könül
Musavat.com







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ