loading...

Neftçi Moldova klubuna qalib gəldi

Neftçi Moldova klubuna qalib gəldi“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinin 3-cü matçında da qələbə qazanıb.

“Qafqazinfo”nun klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün baş tutmuş görüşdə "Neftçi" "Spiru Xaret" (Kişinyov, Moldova) komandasını 4:1 hesabı ilə üstələyib.

“Ağ-qaralar”ın heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər.

“Neftçi” B qrupundakı 4-cü oyununu sabah “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək.

Xatırladaq ki, “Neftçi” turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər