Azərbaycan və Qırğızıstan XİN başçıları telefonla danışdı
Tarix: 27-04-2020, 22:24
Baxılıb: 640
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan və Qırğızıstan XİN başçıları telefonla danışdı

27-04-2020, 22:24

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun qırğız həmkarı Çingiz Aydarbekov ilə telefon danışığı olub.
Musavat.com xəbər verir ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Nazirlər mövcud vəziyyətə toxunaraq hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşkığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ