İcra başçısı karantin qaydalarını POZDU — rayon rəhbəri kabinetində belə POZ VERDİ (FOTOFAKT)
Tarix: 27-04-2020, 01:21
Baxılıb: 3 304
Google+ Paylaş
Tumblr Paylaş

İcra başçısı karantin qaydalarını POZDU — rayon rəhbəri kabinetində belə POZ VERDİ (FOTOFAKT)

27-04-2020, 01:21

Anar Heydərov sosial şəbəkə hesabında böyük bir qalmaqala səbəb ola biləcək foto paylaşıb.
İxa.az xəbər verir ki, müğənninin həyat yoldaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qonağı olub.
Anar Heydərov icra başçısı ilə maskasız, əlcəksiz kabinetdə çəkdirdiyi fotosunu instaqram hesabında paylaşaraq onun Tərtər rayonunun inkişafı üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, ona uzun ömür, can sağlığı arzulayıb.
Lakin belə görünür ki, idmançı və icra başçısı ya Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını unudub, ya da bilərəkdən bu qaydalara məhəl qoymayıblar.  İcra başçısının belə saymazyanalığı əvvəla prezidentə sonra isə oturduğu məqama hörmətsizlik  hesab edilir.
reportyor.org
 
 İcra başçısı  karantin qaydalarını POZDU — rayon rəhbəri kabinetində belə POZ VERDİ -  FOTO
Bildirək ki, Anar Heydərovun icra başçısı ilə yanaşı paylaşdığı bu foto sosial şəbəkələrdə də kəskin tənqidə səbəb olub.
Onuda qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev xüsusi karantin rejimi qaydalarını pozduğuna görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalamışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ