Prezident İlham Əliyev Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verib
Tarix: 25-04-2020, 16:28
Baxılıb: 634
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev Əli bəy Hüseynzadənin qızının vəfatı ilə əlaqədar başsağlığı verib

25-04-2020, 16:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:
“Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.
Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynayıb. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!"


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ