İspaniyada alimlər koronavirus barədə sensasion nəticəyə gəliblər
Tarix: 25-04-2020, 04:51
Baxılıb: 1 619
Google+ Paylaş
Tumblr Paylaş

İspaniyada alimlər koronavirus barədə sensasion nəticəyə gəliblər

25-04-2020, 04:51

İspaniyada alimlər koronavirusun ölkəyə daxil olması barədə tədqiqat apararaq sensasion nəticəyə gəliblər.
AZƏRTAC “BioRxiv” portalına istinadla xəbər verir ki, alımlər COVID-19 xəstəliyinə tutulan şəxslərin bioloji materialını tədqiq ediblər. Məlum olub ki, infeksiya ölkəyə 15 müxtəlif yolla – digər avropalılar və çinlilərlə təmas nəticəsində daxil ola bilərdi.
“Tədqiqatın ilkin nəticələri göstərir ki, yeni koronavirus artıq fevralın ortalarından başlayaraq ölkədə sirkulyasiya edir və sıfırıncı pasientin varlığı istisna olunur”, - deyə tədqiqatın müəllifləri bildirir.
III Karlos adına Madrid Sağlamlıq İnstitutunun alimləri ölkənin müxtəlif regionlarında yaşayan pasientlərdən test nümunələri götürüblər. Aydın olub ki, yoluxan ispanların əksəriyyəti yanvarın sonlarında Şanxayda qeydə alınan G və S ailəsindən olan SARS-Cov-2 virusunun daşıyıcısıdır.
Mütəxəssislərin fikrincə, koronavirusun Şanxay tipi İspaniyaya Çindən daxil olmayıb. Xəstəlik öncə futbol azarkeşlərinin və oyunçuların özlərinin gətirdiyi Valensiyadan başlayıb.
Bir qədər öncə, Berqamo şəhərinin meri Corcio Qori fevralın 19-da Milan şəhərində “Atalanta” və “Valensiya” klubları arasında keçirilən futbol oyununun 40 min azarkeşin yoluxması ilə nəticələndiyi barədə bəyanat vermişdi. Lombardiya əyalətinin administrativ mərkəzində keçirilən oyuna tamaşa etmək üçün İspaniyadan 2,5 minə yaxın azarkeş gəlmişdi.
Alimlərin fikrincə, koronavirus üzərində qələbə qazanmaq üçün nəinki keçmişi analiz etmək, həm də infeksiyanın sonrakı davranışını da proqnozlaşdırmaq lazımdır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan “Worldometers” saytının Bakı vaxtı ilə bu gün saat 21:00-a olan məlumatına əsasən, dünyada 2 milyon 787 mindən çox yoluxma və 194 min 534 ölüm faktı qeydə alınıb, 771 min 74 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ