İşdən bilərəkdən çıxarıldığını iddia edən qadınla bağlı - Rəsmi açıqlama
Tarix: 24-04-2020, 17:07
Baxılıb: 1 259
Google+ Paylaş
Tumblr Paylaş

İşdən bilərəkdən çıxarıldığını iddia edən qadınla bağlı - Rəsmi açıqlama

24-04-2020, 17:07

Bakı Şəhər Təhsil İdarəsi 286 nömrəli məktəbin direktoru Samir Mehdizadənin təhsil ocağının kitabxana müdiri Təranə Mahmudovanı qanunsuz olaraq işdən çıxarılması ilə bağlı sosial şəbəkədə yayılan xəbərə münasibət bildirib.
Qurumdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxananın işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və  əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb.
Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.
Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və  Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur.
Qurumdan o a qeyd olunub ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.
Qeyd edək ki, T.Mahmudova videomüraciət yayaraq direktorun 1000-ə yaxın dərsliyi mənimsəməsi üçün düzəltiyi saxta akta qol çəkmədiyi üçün işdən çıxarıldığını iddia edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ