Bu gün Milli Məclisin plenar iclası keçiriləcək
Tarix: 24-04-2020, 09:52
Baxılıb: 509
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

24-04-2020, 09:52

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Publika.az-ın məlumatına görə, iclasın əvvəlində deputatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini müzakirə edəcəklər.
Daha sonra “Torpaq icarəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ovçuluq haqqında”, “Elm haqqında”, “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara, o cümlədən Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, sində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunlara dəyişiklik ediləcək, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi müzakirə ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 28 məsələ daxildir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ