loading...

Təhlükəli virus: öpüşməyin, sizə də keçər! - XƏBƏRDARLIQ

Təhlükəli virus: öpüşməyin, sizə də keçər! - XƏBƏRDARLIQ“Deyəsən qorxmuşam, dodağım uçuqlayıb”, “Nədənsə iyrənmişəm, ağzıma uçuq çıxıb”... Ağzın kənarlarında kiçik yaralar yarananda belə deyirik çox zaman. Xalq arasında “uçuq” dediyimiz bu yaralar əslində nədir, niyə yaranır? Aile.lent.az bu suallara cavab tapmağa çalışıb.

Ağızın kənarlarında, burunda, dodaqlarda və dodaqların ətrafında qaşınma və sulu qabarcıqlarla özünü göstərən uçuqlar, çox hallarda sonradan partlayaraq yaraya çevrilir.

Ağrılı olan bu yaralar yeməyə, danışmağa, gülməyə mane olmaqla yanaşı, görüntü olaraq da insanı narahat edir. Sağalması üçün bir həftədən çox vaxt lazımdı.

Xalq arasında yaranması müxtəlif səbəblərlə (qorxu, iyrənmə, soyuqlama) əlaqələndirilsə də, gerçək səbəb virusdur. Uçuğa səbəb olan viruslar tibb aləmində “herpes simpleks virusları” adlanır.

Mütəxəssislərin fikrincə, ağız və üz bölgəsində yaranan uçuqların əsas səbəbi uşaqlıqda bədənə düşən Herpes viruslarıdır. Herpes virusundan tamamilə can qurtarmaq mümkün olmasa da, müəyyən üsullarla onun qarşısını almaq mümkündür.

Qeyd edək ki, bədənində Herpes virusu daşıdığı halda heç bir zaman uçuq çıxarmayan, yəni virusu yatmış olaraq daşıyan insanlar da var.

Dermatoloq Zöhrə Yədullayevanın sözlərinə görə, herpes viruslarının Hsv1, Hsv2, Hsv3 kimi ifadə edilən 8 növü var. Genital bölgələrdə uçuqlara daha çox Hsv2, ağız, üz bölgələrindəkinə isə Hsv1 virusu səbəb olur.

Mütəxəssis bildirir ki, herpes sinir hüceyrələrində yuxuya daldıqdan sonra bir daha aktivləşməyə də bilər: “Uçuq ən çox tüpürcək və yaxın təmas yolu ilə yoluxur. Virusu daşıyan adamın tüpürcəyindən, ortaq istifadə edilən əşyalardan və ya cinsi əlaqə yolu ilə adamdan adama keçə bilər. Virusun bulaşması üçün daşıyıcıda uçuğun olmasına ehtiyac yoxdur. Və bu da qoruma qaydalarına riayət etməni çətinləşdirir. Çox adam herpesə uşaq vaxtı böyüklərdən yoluxur. Azyaşlı uşaqları öpmək, dişləmək virusun ona yoluxmasına səbəb olur”.

Uçuq - herpes virusu çox asan yoluxan bir virusdur. Herpes öpüşmək, stəkan, çəngəl-qaşıq, dəsmal, makiyaj vasitələri, ülgüc və s. bu kimi əşyaların ortaq istifadə edilməsi yolu ilə də yoluxa bilər. Əgər bədəninizdə uçuq varsa, əlinizi vurduqdan sonra sabunlayın.

Herpes çox zaman ağır diabet, əməliyyat keçirmək, spirtli içkilərin davamlı istifadəsi, həddən artıq A vitamini qəbul etmək, infeksiyalar, gündə qalma, hamiləlik, hormonal dəyişikliklər, fərqli insanlarla cinsi əlaqə, stress, yuxusuzluq, virusun təsir etdiyi bölgələrin yaralanması, bədən müqavimətini azaldan qızdırmalı xəstəliklər, qeyri-kafi qidalanma, yorğunluq, yüksək hərarət, bütün bunlarla yanaşı SPİD, ekzema, ciddi yanıqlar, kimyaterapiya və ya orqan nəqli zamanı üzə çıxa bilər.

Uçuğu olan insanla hər hansı bir münasibətdən sonra herpes yoluxa bilər, amma əlamətləri tezliklə özünü göstərməz. Genital herpes virusları bu virusların daşıyıcısı ilə öpüşmə və ya cinsi əlaqə (oral seks) zamanı yoluxur. Buna görə də tez-tez partnyor dəyişdirənlər və qorunmasız cinsi əlaqəyə girənlər daha tez herpesə yoluxur.

Həkim deyir ki, nadir halda olsa da, herpes erkən doğuşa səbəb ola bilər.

Herpesdən necə qorunaq?

Uçuğu olan şəxslərlə öpüşməkdən çəkinin. Fərdi əşyalardan - dəsmal, makiyaj vasitələri, ülgücdən ortaq istifadə etməyin. Əllərinizi tez-tez yuyun. İsti havalarda günəş kremindən istifadə edin. Stressdən uzaq qalmağa çalışın. Əllərinizi yumadan, gözlərinizə və ya genital bölgələrə toxunmayın. Genital bölgədə uçuq varsa, cinsi əlaqədə olmaqdan çəkinin. Uçuqlara toxunmayın. Uçuq olmasa belə, cinsi əlaqə zamanı prezervativdən istifadə edin.

Mütəxəssislərin fikrincə, uçuğun konkret bir müalicəsi yoxdur. Virus bədənə girdikdən sonra ömür boyu qalır. Ancaq zamanla uçuq çıxması azalır.

Əgər bədəninizə, ağzınıza uçuq çıxıbsa, əlamətləri hiss edən kimi həmin bölgəyə uçuq kremi çəkin. Unutmayın ki, uçuğa qarşı nə qədər tez müalicəyə başlanılsa, o qədər tez sağalar. Uçuğa isti və soyuq kompres qoya bilərsiniz.

Əgər genetal uçuğunuz varsa, dar geyimlərdən uzaq olmalı və pambıq geyimlər geyinməlisiniz.

Uçuq çıxmamışdan 24 saat əvvəl özünü hiss etdirir. Bunu həmin bölgənin qabarması, qaşınması, yanma, sızıltı ilə hiss edə bilərsiniz.

Bu qabarcıqlar danışarkən, gülərkən, yeyib-içərkən ağrıdır, zamanla quruyub, çatlayır və açılaraq çirkin bir formaya düşür.

Əgər sizdə nə vaxtsa uçuq olubsa, bilin ki, bədəninizdə herpes virusu var. Ona görə də çalışın, körpə uşaqları öpməyin. Öz qabınızda, stəkanınızda uşaqlara heç nə verməyin.

Uçuq nə zaman təhlükəli ola bilər?

Uçuq tez-tez çıxırsa və sağalması 10 gündən çox davam edirsə, təhlükəli hesab edilir. Buna görə xüsusi müalicə lazımdır.

Uçuq dodaq, ağız və burundan başqa bədənin digər yerlərində, xüsusilə də gözlərinizdə, barmaqlarınızda, ya da cinsi orqanınızda çıxıbsa, yara ilə yanaşı baş ağrısı, qızdırma və əzələ ağrısı kimi şikayətləriniz varsa, uçuqda sarı rəngli irin görünürsə və 6 yaşından kiçik uşaqda çıxırsa, mütləq həkimə müraciət edin. Əks halda, digər və daha ağır fəsadlarla qarşılaşa bilərsiniz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər