loading...

Millət vəkili ön cəbhədəki kəndlərlə bağlı təkliflərini səsləndirib

Millət vəkili ön cəbhədəki kəndlərlə bağlı təkliflərini səsləndiribBu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib.
Lent.az-ın məlumatına görə, ötən gün Tovuzun Ermənistanla ön cəbhə kəndlərində sakinlərlə görüşən Q.Paşayeva onların təkliflərini Milli Məclisdə səsləndirib və hökumətdən onların həllinə dəstək göstərilməsini xahiş edib: “Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var.”
Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran millət vəkili həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına təsir edəcək. Millət vəkilinin fikrincə sosial yardımların təyin edilməsində də ön cəbhə kəndlərinə xüsusi dəstək göstərilməsi yaxşı olar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər