loading...

Siyəzənin icra başçısı olmaq uğrunda gərgin mübarizə başlayıb

Siyəzənin icra başçısı olmaq uğrunda gərgin mübarizə başlayıbXəzər Aslanov bu günlərdə Xızıdan adıçəkilən rayona təyinat alacaq Bildiyiniz kimi, bu ilin sentyabr ayı ərzində bir neçə rayonun icra başçısı dəyişdirilib. Məhz bu dəyişiklik nəticəsində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov paytaxtın Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Elə həmin vaxtdan etibarən bəzi şəxslər Siyəzən rayon rəhbərliyi uğrunda gərgin mübarizəyə qoşulub. Əldə etdiyimiz bilgilərə görə, onların arasında Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov da var. Ona yaxın olan şəxslər iddia edirlər ki, Xəzər Aslanov Siyəzən rayon icra başçısı vəzifəsinə gətirilməkdən ötrü əlaqələrini işə salıb və artıq bu, öz nəticəsini vermək üzrədir. Belə ki, verilən bilgilərdə deyilir ki, təxminən, 3-4 gün ərzində Xəzər Aslanov Xızı rayonundan Siyəzən rayonuna icra başçısı vəzifəsinə təyin olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər