Xaçmazda qanlı cinayət - Öldürüb meyitini atıb qaçdılar
Tarix: 23-04-2020, 14:32
Baxılıb: 1 388
Google+ Paylaş
Tumblr Paylaş

Xaçmazda qanlı cinayət - Öldürüb meyitini atıb qaçdılar

23-04-2020, 14:32

Aprelin 21-də Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Sadıqovun qarın nahiyəsində kəsilmiş-deşilmiş xəsarət olan meyitinin İzmayılovka qəsəbəsi ərazisində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində C.Sadıqovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.
Araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ