Sumqayıt polisi karantin rejiminə fasiləsiz olaraq nəzarət edir-FOTO
Tarix: 23-04-2020, 13:57
Baxılıb: 1 521
Google+ Paylaş
Tumblr Paylaş

Sumqayıt polisi karantin rejiminə fasiləsiz olaraq nəzarət edir-FOTO

23-04-2020, 13:57

Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri Sumqayıt şəhəri ərazisində də davam etdirilir. Şəhərin bütün küçə və prospeklərində xidmətə cəlb edilən polis, əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar.
BÖLGƏ TV-nin Sumqayıta ezam  olunan əməkdaşlarının bildirdiyinə görə şəhərin giriş-çıxışında postlar qurulub.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Sumqayıt Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür, Sumqayıt şəhərində xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.
Sumqayıt polisinin rəhbər heyəti başda Sumqayıt Polis İdarəsinin rəisi olmaqla şəxsən küçəyə çıxaraq vəziyyətə nəzarət edirlər və keşkidə duran polis əməkdaşları daxili qoşunların əməkdaşları ilə birlikdə qanunların təmin olunmasına riayət edirlər.Sumqayıt polisi həmçinin vətəndaşlara kömək edir,maskası olmayanlara  maska taxmağı tövsiyyə edirlər
Sumqayıtda SMS-lə küçəyə çıxmaq icazəsi olmayanlar müvafiq qaydada cəzalanırlar,icazəsi olanlar isə tam sərbəst şəhərdə hərəkət edirlər.Karantin rejiminə əməl edən sakinlər şəhərdə fəaliyyət göstərən dövlət qurumlarına ,banklara heç bir məhdudiyyət olmadan gedib-gələ bilirlər.
Tədbirlər çərçivəsində Sumqayıt şəhər Polis İdarəsinin  və Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir.
Bundan başqa Polis əməkdaşları   şəhər ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
Polis əməkdaşları həmçinin Sumqayıt fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar.

Sumqayıt şəhərində polis və daxili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.

 Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
BÖLGƏ TV

reportyor.org













Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ