loading...

Prezident İlham Əliyev Ərdoğana zəng edib

Prezident İlham Əliyev Ərdoğana zəng edibƏrdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib

Oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dəri sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər