Milli Məclis Eldar Əsgərovla bağlı məlumat yaydı
Tarix: 21-04-2020, 21:32
Baxılıb: 974
Google+ Paylaş
Tumblr Paylaş

Milli Məclis Eldar Əsgərovla bağlı məlumat yaydı

21-04-2020, 21:32

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.
Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil.
Qeyd edilib ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.
“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, - deyə məlumatda bildirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ