Prezident töhmət verdiyi icra başçısına nə demişdi - ayyarım əvvəlki xəbərdarlıq
Tarix: 21-04-2020, 21:16
Baxılıb: 1 150
Google+ Paylaş
Tumblr Paylaş

Prezident töhmət verdiyi icra başçısına nə demişdi - ayyarım əvvəlki xəbərdarlıq

21-04-2020, 21:16

Aprelin 21-də prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

Azərtac xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

İcra başçısının töhmət almasının digər təfərrüatı haqda məlumat yoxdur. Amma təfərrüata, sərəncamdan da anlaşılan kimi gərək də yox. İcra başçısı karantin rejimini pozub. İndiki həssas məqamda həm də. Dövlət başçısının bu sərəncamı haqda “ist-isti” uzaqgedən rəy bildirmək doğru olmaz, amma hər şeydən əvvəl bu izolyasiya şəraitinə əməl edənlərə bir nümunədir, onu sosial mövqeyindən asılı olmayaraq pozanlara isə dərsdir. Hamının qanun-qayda qarşısında bərabər olduğu dərsi...

Cəmi ayarım əvvəl təyinat almışdı, sonra...

İsmayıllı rayonunun icra başçısı Nahid Rza oğlu Bağırov 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 242 və 151 saylı məktəblərdə alıb.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1998-2000-ci illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2009-cu ildən etibarən və hazırda Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri olub. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü olub. 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini olub.
Prezident İlham Əliyev yeni icra başçılarını qəbul etdi - Report.az

Prezident icra başçısına xəbərdarlıq etmişdi...

Bu ilin mart ayının 6-da icra başçısı təyin edilən Nahid Bağırovun töhmət almasının əlbəttə ki, ciddi səbəbləri olub. Zənnimizcə, ilk dəfədir ki, dövlət başçısı sərəncamla hansısa rayonun icra başçısına töhmət verir. Ola bilsin ki, buna qədər də hansısa məmur şəxsi işinə yazılmaqla töhmət almışdı, amma onun elan edilməsi ilk dəfədir. Güman etmək olar ki, cəmi ayyarım əvvəl İsmayıllıya təyinat alan gənc icra başçısına prezident daha bir şans verib, amma bu cür töhmətlə həm də... Daha bir maraqlı məqam var.

Prezident indi töhmət alan icra başçısını martın 6-da qəbul edəndə (onunla bərabər Neftçalaya təyin edilən icra başçısını da qəbul etmişdi) kifayət qədər açıq danışmış və xəbərdarlıq etmişdi. İndi diqqətinizə həmin görüşdən bir neçə məqamı çatdıraq.

“ Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır” deyə, dövlət başçısı demişdi.

Prezident xüsusilə Neftçalanın sabiq icra başçısısının həbsi haqda danışmışdı:

“Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. Yəni bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir" deyə, Prezident gənc icra başçılarına xəbərdarlıq etmişdi.

Göründüyü kimi, dövlət başçısı xəbərdarlıqdan lazımı nəticəni çıxarmayan gənc icra başçısını sərt cəzalandırıb. Töhmətlə. Amma razılaşın, həm də necə töhmətlə...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ