Yer kürəsinə daha bir komet yaxınlaşır
Tarix: 21-04-2020, 19:45
Baxılıb: 862
Google+ Paylaş
Tumblr Paylaş

Yer kürəsinə daha bir komet yaxınlaşır

21-04-2020, 19:45

May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib.
"Report" AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.
Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.
Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.
Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ