Yəhudilər dünyada antisemitizmin təhlükəli səviyyədə artdığını deyirlər
Tarix: 21-04-2020, 00:39
Baxılıb: 653
Google+ Paylaş
Tumblr Paylaş

Yəhudilər dünyada antisemitizmin təhlükəli səviyyədə artdığını deyirlər

21-04-2020, 00:39

2019-cu ildə, dünyada antisemitizm əhval ruhiyyəsi 2018-ci illə müqayisədə 18% artıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kantor mərkəzi”nin məlumatında deyilir.
Tel-Əviv universitetinin məlumatına əsasən, ötən il antisemitizm düşüncəsi ilə, zorakılıqla müşahidə olunan 456 insident baş verib. 2018-da bu sayı 387 olub. Həmin hadisələrdə 7 yəhudinin həyatına son qoyulub.
Hesabat müəllifləri müxtəlif bölgələrdə bu tendensiyanın artan xətlə davam etməsinə diqqət çəkiblər. Məsələn 2019-cu ilin oktyabr ayında Almaniyanın Qalle şəhərində yəhudi sinaqoquna edilən hücumda tamamailə təsadüfi adamlar həlak olub. Ümumiyyətlə, Almaniyanın özündə 2019-cu ildə 1,8 min antisemit insidenti qeydə alınıb. Yəni bu yəhudlərə qarşı hər gün 5 hücum edilməsi deməkdir.
Yəhudi və sionistlərə qarşı əsasən sağ millətçi və sol millətçi cərəyanlar çıxış edir. ABŞ-ın özündə “Qara yəhudilər” (Black Hebrew Israelites) və “İslam milləti” (Nation of Islam) kimi təşkilatlar diqqət çəkir. Hesabatda artıq yeni “SARS-CoV-2” koronavirusunun da yəhudilər tərəfindən yayılması fikrinin Avropa və digər bölgələrdə təbliğ olunması məsələsi vurğulanıb.
Avropa yəhudi konqresinin və “Holokost xatirəsinin yaşadılması forumu”nun prezidenti Vyaeslav Moşe Kantor koronavirusla bağlı situasiyanın yəhudi xalqına qarşı “qanlı basqın”ları yenidən dirçəldə biləcəyindən ehtiyatlandıqlarını qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ