Bu ölkə koronavirusa görə fahişələrə pul paylayacaq
Tarix: 21-04-2020, 00:36
Baxılıb: 1 219
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkə koronavirusa görə fahişələrə pul paylayacaq

21-04-2020, 00:36

Yaponiyada da koronavirus epidemiyasının yayılmasına görə bir çox iş yerləri kimi fahişəxanalar da bağlanıb.
Medianews.az CNN-ə istinadən xəbər verir ki, bu səbəbdən bəzi ölkələr kimi Yaponiyada da fahişələrə maddi yardım edilməsilə bağlı qərar çıxarılıb.
Qərara görə, seks işçilər üçün 108 trilyon yapon yenası (təxminən 989 milyard dollar) ayrılıb. Yaponiyada seks işçiləri də kömək üçün müraciət etmək hüququna malikdirlər.
Lakin bunun üçün müəyyən şərtlərə əməl etməli olacaqlar. Ancaq fahişələrin özləri şübhə ilə yanaşırlar.
Qeyd edək ki, bir müddət əvvəl Almaniyada da seks işçilərinə koronavirusa görə yardım ayrılmışdı.
Almaniyada da digər işsizlər kimi fahişəxanalarda çalışan 32 min 800 qadın da dövlətdən yardım alacaq. Alman mətbuatının yazdığına görə, onların hər birinə 9 min avro birdəfəlik yardım ediləcək.
Sözügedən kateqoriyaya daxil olan qadınların bir hissəsinin bu yardımı aldığı bildirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ