loading...

Azərbaycanda bağlanacaq kredit təşkilatları

Azərbaycanda bağlanacaq kredit təşkilatlarıBank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vəziyyətinə Mərkəzi Bankın faiz dərəcələrinin yuxarı həddi ilə bağlı qoyduğu məhdudiyyət öz təsirini göstərib.
ANS TV-nin məlumatına görə, bu qurumlar da filiallarının sayını azaltmağa başlayıb. Məlumdur ki, BOKT-lar əmanət qəbul etmir və dövriyyəyə buraxdığı vəsaitləri ayrı-ayrı qurumlardan cəlb edir. Hazırda ölkədə fəaliyyət göstərən BOKT-lərin bir çoxunun əsas maliyyə mənbəyi xarici investorlardır. Bu vəsaitlər isə Azərbaycana gətirilib manatla yerləşdirildikdə, baha başa gəlir. Ölkədəki fəaliyyət göstərən qeyri-bank təşkilatlarından birinin rəhbəri bu sektorun çətin sınaqdan keçdiyini bildirir.
BOKT rəhbəri Timoti Tarrant deyir ki, indi çox çətin bir dövrdür:
“Bu həm müştərilər, həm də bizim üçün çətindir. Artıq biz bir addım geri çəkilmişik və mövcud situatisiyanı nəzərdən keçiririk. BOKT-lar və mikro malliyə təşkilatları hansı xərclərin olduğuna əmin olmalıdılar və bu xərclərin gəlirləri ilə necə uzlaşdığına baxmalıdırlar. Biz starateji olaraq görməliyik ki, hansı regionda filallar daha effektivdir”.
Amma qeyri-bank təşkilatlarının filiallarına əl gəzdirməsi daha çox paytaxtda müşahidə olunur. Bu isə onunla əlaqədardır ki, onların əsas müştəriləri regionlarda olduğundan bank olmayan kredit təşkilatları regional nümayəndəliklərini saxlayır. İnsanların BOKT-lərə üz tutmasının əsas səbəbi isə onların prosedurlarının qismən sadə olmasıdır.
Hazırda ölkədə 157 bank olmayan kredit təşkilatı var. Bura kredit ittifaqları da daxildir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər