Stalinin yaratdığı “cəhənnəm adası”nın şahidi: Qadınları ağaca bağlayıb, diri-diri doğrayırdılar, bişirib yeyirdilər
Tarix: 19-04-2020, 16:03
Baxılıb: 1 434
Google+ Paylaş
Tumblr Paylaş

Stalinin yaratdığı “cəhənnəm adası”nın şahidi: Qadınları ağaca bağlayıb, diri-diri doğrayırdılar, bişirib yeyirdilər

19-04-2020, 16:03

Nazino adası... Xəritədə adı belə göstərilsə də, ada daha çox “Ölüm adası” və yaxud “Adamyeyənlər adası” kimi yadda qalıb. Tomsk vilayətinin Aleksandrov rayonunun Nazino kəndi yaxınlığında yerləşən eyniadlı adada ağlasığmaz dəhşətli hadisələr yşanıb, “humanist” sovet dövlətinin bu məkanda törətdiyi vəhşiliklərə təkcə SSRİ tarixində deyil, heç dünya tarixində də rast gəlinməyib.
1930-cu illərin əvvəllərində SSRİ-də pasport sistemi bərpa olunduqdan sonra, pasport rejimini pozanlara qarşı ciddi mübarizə kampaniyası başlanıb və bu, çoxsaylı həbslərlə nəticələnib. 
Kampaniyanın əsas məqsədi pasport rejimini pozanların, həbs olunanların hesabına Sibirdə əhalinin sayını artıqmaq, 3 milyona çatdırmaq, sürgünə göndərilənlərin “vəzifəsi” isə istifadəsiz qalan torpaqları yararlı vəziyyətə gətirmək, əhalinin seyrək məskunlaşdığı ərazilərdə qəsəbələr salmaq, isrehsal sahələri yaratmaq olub.   
hM_-feHyKoY.jpg (108 KB)
Bu kampaniya zamanı 1933-cü ilin may ayında Moskva və Leninqraddan 6144 nəfər Nazino adasına sürgün edilib. Nadir hallarda insan ayağı dəyən, heç bir həyat işartısı, minimum yaşayış şəraiti olmayan adada insanların həyatı sözün əsl mənasında, cəhənnəmə çevrilib.
Adaya göndərilən adamlara özlərinə kiçik bir daxma düzəltmək üçün heç bir alət verilməyib. Sürgünün ilk iki-üç günü hava günəşli keçsə də, sonradan Sibirin sərt təbiəti özünü göstərməyə başlayıb. 
May ayı olmasına baxmayaraq, küləkli hava şəraitində yağan yağış qara çevrilib. Əl gücünə düzəldilən komalar sərt küləyə tab gətirməyib. Digər bir tərəfdən isə aclığın olması elə ilk günlərdən adada olan insanların arasında kütləvi xəstəliyə səbəb olub.
original.jpg (155 KB)
Ada sakinlərinə gün ərzində bir dəfə bir ovuc kəpək, bir ovuc un verilib. Bəziləri hədsiz aclıqdan verilənləri suya qatmadan yeyərkən boğularaq ölüb. Xəstəlik, halsızlıq o səviyyəyə çatıb ki, çoxları gecələr yandırdıqları tonqalların ətrafında huşlarını itirirərək yanıblar. Cəmisi 3-4 gün ərzində dözülməz şəraitdən 300 nəfər həyatını itirib.
Adadan qaçmağa cəhd edənlər də az olmayıb. Ada ilə Nazino kəndi arasında məsafənin az olması üzüb sahilə keçməyə imkan versə də, silahlı mühafizəçilər buna imkan verməyib. Qaçmağa cəhd edənlər dərhal yerindəcə güllələniblər. 
Nazinoda ot, yarpaq, yosun, çürüyərək yumşalan ağac qabığı yemək adi hala çevrilib. Amma bu da insanların aclığının qarşısını ala bilməyib. İnsanlıq cildindən çıxan adamlar daha dəhşətli vasitələrə əl atıblar, adam ətinə tamah güclənib.
705054DD-711E-4B34-9226-0DA6100CD1C1_w1023_r1_s.jpg (83 KB)
Əvvəllər kimisə öldürüb, ətini yemək adanın görünməyən yerlərində baş verib. Çox keçməmiş haniballıq da adi hala çevrilib. İlk vaxtlarda ölənlərin əti yeyilib. Sonralar isə adamlar bir-birlərini öldürüblər ki, ətinə sahib olsunlar.
Nazino kəndinin sakini Mariya Panova sonralar jurnalistlərə adada baş verən dəhşətlər haqqında danışıb: “Kəndlə adanın arasında məsafə çox az idi. Kəndin mal-qarası orada biçilən otu yemək üçün üzərək adaya keçirdi. Biz orada baş verənləri gündüzlər aydın görürdük. Yaşanan dəhşətlər də artıq bizim üçün adiləşmişdi. Mən çox hadisələrin şahidi olmuşam. O da yadımdadır ki, hərdən qadınlardan birini lüt soyundurub, ağaca bağlayırdılar, diri-diri döşünü, yumşaq yerlərini kəsib, tonqalda qızardıb, iştahla yeyirdilər. Çox vaxt “ət” bölgüsündə dava düşürdü. Vəhşilik o dərəcəyə çatmışdı ki, ölü ətindən imtina olunurdu, diri ət uğrunda mübarizə gedirdi...”
Nazino adasına ayda bir-iki dəfə Tomsk vilayətinin rəhbərləri formal yoxlamalara da gəliblər. Onlar adada qayda-qanunu pozanları sorğu-suala tutublar. 
07182953.113974.9640.jpeg (139 KB)
Arxivdə qorunmuş həmin sorğu protokollarından birində aşağıdakılar qeyd olunub:
- Vətəndaş Qvozdev, bizdə olan məlumata görə, siz ölənlərin və xəstələrin dişlərini çıxarırsınız. Bu, doğrudurmu?
- Bəli, sizə düzgün məlumat verilib.
- Nəyə görə bunu edirsiniz?
- Mən hamının dişini çıxarmıram, yalnız qızıl dişi olanlar mənə lazımdır.
- Qızıl sizin nəyinizə lazımdır?
- Mən onları gizli yolla kəndə göndərirəm. Əvəzində tütün və tütünü bükmək üçün kağız alıram. Axı mən tütün çəkmək istəyirəm və mənim kimi çoxları da bunu istəyir. Mən aldığım tütündən yoldaşlarıma da verirəm.
- Nə qədər diş çəkmisiniz?
- Nə qədər lazımdırsa, o qədər...
jg.jpg (163 KB)
Daha bir protokolda isə Uqlov suallara cavab verib:
- Vətəndaş Uqlov, bu, doğrudurmu ki, siz adam əti yeyirsiniz?
- Xeyr, bu, doğru deyil. Mən adam əti yeyə bilmirəm. Mən yalnız adamın ciyərini və ürəyini yeyirəm.
- Siz bunu necə edirsiniz?
- Burada çətin nə var ki? Ağacdan şiş düzəltmişəm. Ürəyi və ciyəri kiçik hissələrə bölürəm, şişə taxıb, odun üstünə qoyuram. Siz heç vaxt “şaşlık” yeməmisiniz? 
- Bəs siz kimin ürəyindən, ciyərindən istifadə etmisiniz? Sağ adamların, yoxsa ölənlrin?
- Ölənlərlə işim olmayıb. O adamların ki, bir neçə günə öləcəyini bilmişəm. Əzabı çox olmasın deyə, özüm öldürüb, içalatını isti-isti çıxarmışam...
z40-7ro0isa.jpg (277 KB)
Nazino adasında baş verənlər tam məxfi saxlanılıb. Ada yaxınlığındakı eyniadlı kənddə hadisələrin şahidi olanlara danışmamaları ilə bağlı ciddi xəbərdarlıq olunub.
Yalnız 1980-ci illərin sonunda Nazino dəhşətləri haqqında ictimaiyyətə məlumat verilib.
Qeyd edək ki, Stalinin Nazino adası ilə bağlı gözləntiləri heç bir nəticə verməyib. Adaya göndərilənlərin işçi qüvvəsi kimi istifadə edilməsi mümkün olmayıb. 
Çünki 13 ay ərzində adaya sürgün olunan 6144 nəfərin 4 mini aclıqdan və xəstəlikdən ölüb. 750 nəfəri qaçmağa cəhd edərkən güllələnib. Qalanları isə ağır xəstəliklər nəticəsində əlil və şikəst olublar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ