Trampın qərarı afrikalıları ölümə atmaq kimi qiymətləndirilir
Tarix: 18-04-2020, 23:03
Baxılıb: 773
Google+ Paylaş
Tumblr Paylaş

Trampın qərarı afrikalıları ölümə atmaq kimi qiymətləndirilir

18-04-2020, 23:03

ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına ödənişləri dayandırmasından ən böyük əziyyəti Afrika ölkələri çəkəcək.

“New York Times”ın yazdığına görə, qara qitənin səhiyyə sistemi dünyada ən geridəqalmış və avadanlıqlarla ən pis təchiz olunmuş vəziyyətdədir. Məsələn, 11 milyon nəfər əhalisi olan Cənubi Sudanda cəmi 4 ədəd hazırda dünyada geniş yayılmış koronavirus infeksiyasından ölümün qarşısını almaqda mühüm rol oynayan süni tənəffüs aparatı var. Bu ölkə ilə bağlı hazırda məşhur olan deyim, “süni tənəffüs aparatlarının sayı vitse-prezidentlərinin(5 nəfərə) sayından az olan ölkə”dir. 5 milyon əhalisi olan Mərkəzi Afrika Respublikasında isə 3 belə aparat var. Ərazisinə və əhalisinə görə onunla təxminən eyni olan Liberiyada olan 6 aparatdan biri ABŞ səfirliyindədir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 41 Afrika ölkəsində yüz milyon əhaliyə cəmi 2 min süni tənəffüs aparatı var. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 170 000 ədəddir. 10 Afrika ölkəsində isə bu aparatdan, ümumiyyətlə, yoxdur. Bu vəziyyətdə koronavirusun Afrikada yayılması faciəli nəticələrə səbəb olacaq...

Afrikada yalnız süni tənəffüs aparatları deyil, infeksiyanın yayılmasının qarşısını almaq üçün adi vasitələr – maska, oksigen yastığı, ən əsası isə su və sabun çatışmır. BMT-nin məlumatına görə, 2015-ci ildə Saxaradan Cənubda yerləşən ərazilərdə cəmi 15 faiz əhalinin əlini yumaq üçün vasitələrə çıxışı vardı. Liberiyada isə hətta 2017-ci ildə təsərrüfatların 97 faizinin təmiz suya çıxışı, əlini yumağa sabunu yox idi.
Bu dəhşətli vəziyyətdə koronavirus Afrikada hərəkətini aktivləşdirib.  Artlq Qvineyada hər 6 gündən, Qanada 9 gündən yoluxanların sayı ikiqat artır. İndiyədək Cənubi Afrikada 2700-dək, Kamerunda isə minədək yoluxma qeydə alınıb.
Coronavirus: Trump slams 'China-centric' World Health Organization ...

55 Afrika ölkəsi arasında Cənubi Afrika kimi səhiyyə sistemi nisbətən yüksək inkişaf etmişləri də var, koronavirusa ilk yoluxmaların qeydə alındığı Burkina-Faso kimi 20 milyon əhaliyə cəmi 11 süni tənəffüs aparatı olanları da...

ÜST-nin keçən həftə açıqladığı məlumata görə, Afrikanın 55 ölkəsindən 43-də 5 mindən az intensiv terapiya çarpayısı var, bu isə 1 milyon nəfərə 5-dək çarpayı deməkdir. Müqayisə üçün bildirək ki, Avropada 1 milyon nəfərə 4000 ədəd intensiv terapiya çarpayısı var.
Afrika ölkələri süni tənəffüs aparatları əldə etməyə çalışırlar. Qərbi Afrika ölkələrinin birliyi olan Ecowas üzv dövlətlərə paylamaq üçün bu aparatlardan almaq istəyir. Aprelin 1-də Nigeriyanın Maliyyə Nazirliyi Tvitterdən Elon Maskdan 100 aparat yardım istəmişdi. Çinli milyarder Cek Ma Afrikaya 500 belə aparat yardım edəcəyini açıqlayıb.

20 aparat almaq üçün Liberiyanın müqavilə bağladığı şirkət alıcıların çoxluğundan istifadə edərək 1 aparatın qiymətini 15 min dollardan 24 min dollara qalıdırıb.

Afrikada yalnız sünu nəfəs aparatlarına deyil, onlarla işləməyəi bacaran mütəxəssislərə də kəskin ehtiyac var. Belə bir vəziyyətdə ABŞ-ın ÜST-ün maliyyələşdirməni dayandırması təşkilatın Afrikada həyata keçirdiyi proqramların davamlılığını sual altına alır...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ