Dağlıq Qarabağdakı qanunsuz "seçkilər" Moldova tərəfindən də tanınmayıb
Tarix: 18-04-2020, 22:55
Baxılıb: 606
Google+ Paylaş
Tumblr Paylaş

Dağlıq Qarabağdakı qanunsuz "seçkilər" Moldova tərəfindən də tanınmayıb

18-04-2020, 22:55

Moldova Dağlıq Qarabağ regionunda keçirilən qeyri-qanuni "seçkilər"i tanımır.
APA-nın xəbərinə görə, bu barədə Moldova Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
"Moldova Respublikası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri" nin, o cümlədən bu yaxınlarda qeyri-qanuni keçirilmiş ikinci turun tanınmaması ilə bağlı mövqeyini bir daha təkrarlayır.
Moldova Respublikası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn qayda və prinsiplərinə əsasən sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam etməyə hazır olduğunu bir daha təsdiq edir", - deyə bəyanatda qeyd olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ