loading...

Dəhşətli cinayətin üstü açıldı: 86 yaşlı qadını öldürən əri imiş

Dəhşətli cinayətin üstü açıldı: 86 yaşlı qadını öldürən əri imişZaqatala rayonunda törədilmiş dəhşətli qətlin üstü açılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə məlumat verib. Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Xanpərinin Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib və o, tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər