SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYILAN MƏLUMATLARA XOCAVƏND İCRA HAKİMİYYƏTİNDƏN RƏSMİ MÜNASİBƏT GƏLDİ
Tarix: 17-04-2020, 08:29
Baxılıb: 1 028
Google+ Paylaş
Tumblr Paylaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYILAN MƏLUMATLARA XOCAVƏND İCRA HAKİMİYYƏTİNDƏN RƏSMİ MÜNASİBƏT GƏLDİ

17-04-2020, 08:29

XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATININ İCTİMAİ-SİYASİ VƏ HUMANİTAR MƏSƏLƏLƏR ŞÖBƏSİ bildirir ki, 14 aprel 2020-ci il tarixdə bəzi sosial şəbəkə səhifələrində və saytlarda “TƏBİB Oqtay Şirəliyevin əmrini geri oxudu... – İLGİNC”, “TƏBİB-dən qalmaqallı təyinat” başlıqlı yazılarda qeyd edilənlər həqiqəti əks etdirmir. Yazıda qeyd olunur ki, “vəzifədən çıxarılmasına baxmayaraq Nurəngiz Bəşirova ötən 2 il müddətində qeyri-rəsmi olaraq Xocavənd Mərkəzi Xəstəxanasının baş həkiminin kabinetində oturub və bu vəzifəni icra edib. Səhiyyə Nazirliyinin təyinatı ilə baş həkim vəzifəsinə gətirilən Fövzi Tahirova isə faktiki olaraq vəzifəsini icra etməyə imkan verməyib”. Bildiririk ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova “vəzifəsində işləyərkən yol verdiyi ciddi nöqsanlara görə” deyil, 22.05.2017-ci il tarixdə səhhəti ilə əlaqədar öz ərizəsi əsasında baş həkim vəzifəsindən azad olunmuşdur. Baş həkim vəzifəsinin müvəqqəti icrası isə yazıda qeyd edildiyi kimi Fövzi Tahirova deyil, Əmirallar kənd sahə xəstəxanasının baş həkimi Rüfət Hüseynova tapşırılmışdır. Rüfət Hüseynov təyin olunan gündən baş həkim kabinetində əyləşərək vəzifəsini icra etmişdir. Nurəngiz Bəşirova isə pediatr kimi həkimlər üçün nəzərdə tutulmuş otaqda fəaliyyətini davam etdirmişdir. Bunu xəstəxananın kollektivi və rayon sakinləri də təsdiq edə bilər. Fövzi Tahirov isə həmin dövrdə baş həkimin müavini vəzifəsində çalışmışdır.
Fövzi Tahirov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edildikdən sonra 10.07.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə nazirinin əmri ilə Nurəngiz Bəşirova baş həkimin müavini vəzifəsinə təyin olunmuşdur. 02 oktyabr 2019-cu il tarixdə Rüfət Hüseynov ərizə ilə müraciət edərək baş həkim vəzifəsini icra etməkdən imtina etmiş və həmin vəzifəni icra etmək müvəqqəti olaraq baş həkimin müavini Nurəngiz Bəşirovaya tapşırılmışdır. 8 oktyabr 2019-cu il tarixdə Nurəngiz Bəşirova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru , 28 fevral 2020-ci il tarixdə isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyəti Sədrinin əmri ilə “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru təyin olunmuşdur.
Yazıda qeyd olunan kimi guya “Nurəngiz Bəşirovanın baş həkim təyinatı almasının 3 ay müddətində gizli saxlanılması” isə sadəcə olaraq mümkün deyil. Qeyd olunan müddət ərzində Xocavənd Rayon Mərkəzi Xəstəxanası fəaliyyətini davam etdirmiş, həm rayon, eləcə də qonşu rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmişdir. Tibbi xidmət göstərən böyük bir kollektivə kimin rəhbərlik etməsini necə gizlətmək olar.
Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi saytında Nurəngiz Bəşirovanın adının həm baş həkim, həm də baş həkimin müavini kimi qeyd edilməsi isə texniki səhvdir və artıq aradan qaldırılmışdır.
Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ