RAİ prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə Tula vilayətində yerləşən Sosial Reabilitasiya Mərkəzinə yardım edilib
Tarix: 16-04-2020, 14:43
Baxılıb: 835
Google+ Paylaş
Tumblr Paylaş

RAİ prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə Tula vilayətində yerləşən Sosial Reabilitasiya Mərkəzinə yardım edilib

16-04-2020, 14:43

RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU-nun prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə yaradılan operativ qərərgaha Rusiya Federasiyasında epidemioloji vəziyyətlə əlaqədar müraciətlər daxil olmaqda davam edir.
Rusiya Federasiyasının Tula vilayətində yerləşən "1 saylı Yetkinlik yaşına çatmayanlar üçün Sosial və Reabilitasiya Mərkəzi" dövlət müəssiəsinin təşkilata müraciəti əsasında RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI Tula vilayəti üzrə nümayəndələri Maqsud Məmmədov, İsmayıl İsmayılov və Rəvan Quliyev bu müəssisəyə baş çəkərək, təşkilat adından ərzaq və lazımi əşyaları təhvil veriblər.
Sosial Reabilitasiya Mərkəzinin rəhbərliyi və müəssisənin himayəsində olanlar göstərilən diqqət və qayğıya görə RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQINA dərin təşəkkürlərini bildiriblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ