Baş Prokurorun birinci müavini hadisə yerinə getdi
Tarix: 28-03-2023, 23:20
Baxılıb: 360
Google+ Paylaş
Tumblr Paylaş

Baş Prokurorun birinci müavini hadisə yerinə getdi

28-03-2023, 23:20

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanılıb.
Bu barədə reportyor.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ