Ordumuz irəlilədi: Bakının növbəti hədəfi... - Türk general detalları açdı
Tarix: 28-03-2023, 09:55
Baxılıb: 358
Google+ Paylaş
Tumblr Paylaş

Ordumuz irəlilədi: Bakının növbəti hədəfi... - Türk general detalları açdı

28-03-2023, 09:55

“Azərbaycan ordusu Qarabağda uğurlu əməliyyat keçirdi, heç bir itki vermədən Ermənistandan rusların nəzarətində olan ərazilərə silah-sursat və minaların daşındığı Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa etdi. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın öz torpaqlarında terrorizmə qarşı mübarizə aparmaq haqqı var”.
Bunu reportyot.org-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, İrəvanın Qarabağdakı terrorçu qruplaşmalara Ermənistandan silah-sursat daşımasının, eyni zamanda Azərbaycanın təbii sərvətlərini talan etməsinin qarşısını almaq üçün həyata keçirilən əməliyyat lazımi və yerində atılmış addımdır:
“Separatçıların alternativ yollarının bağlanması və əsas yüksəkliklərdəki strateji yolların tam nəzarət altına alınması beynəlxalq hüququn tələbədir. Rəşadətli Azərbaycan Ordusunun bu uğura itkisiz nail olması Azərbaycan Silahlı Qüvvələrinin necə peşəkar təlim keçməsinin, Qafqazın ən güclü ordusu olduğunun sübutudur. Bu, eyni zamanda təkcə separatçıların alternativ yollarının bağlanması demək deyil, həm də Bakının Xankəndi ilə bağlı təsir imkanını artırmasına şərait yaradacaq. Azərbaycan Laçın üzərindən və ya başqa yollarla Xankəndiyə silah-sursat daşınmasının qarşısını mütləq şəkildə almaq məcburiyyətindədir. Bununla bağlı Laçında nəzarət-buraxılış məntəqəsi yaradılmalıdır”.

Y.Karauz vurğulayıb ki, dəfələrlə Rusiya sülhməramlılarına və Ermənistan hökumətinə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətlər davam edib:
“Öz torpaqlarında terrorçu ünsürlərə qarşı davamlı olaraq qanunsuz logistik dəstəyin göstərilməsi dünyada heç bir ölkənin qəbul etməyəcəyi xüsusdur. Bakı bir neçə gün öncəki uğurlu əməliyyatla öz suveren ərazisində istədiyi kimi davranacağını və qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcəyini göstərdi. Azərbaycan hibrid müharibənin bir hissəsi olaraq həm bu məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılması, həm də bölgədə hərbi tədbirlərlə qanunsuz fəaliyyətin qarşısının alınması istiqamətdə işlər görür. Bütün bunlara baxmayaraq, Bakının sülhsevər, davamlı sabitliyə nail olacaq addımlarına qarşılıq verilməsə və 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli sazişin müddəaları yerinə yetirilməsə, Azərbaycan Ordusu terrorçuları məhv etməlidir. Bunu bacaracaq gücü də var”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ