İsraildə yarım milyondan çox əhali ayağa qalxdı
Tarix: 26-03-2023, 02:30
Baxılıb: 538
Google+ Paylaş
Tumblr Paylaş

İsraildə yarım milyondan çox əhali ayağa qalxdı

26-03-2023, 02:30

İsraildə 600 mindən çox insan məhkəmə islahatına etiraz etmək üçün ayağa qalxıb.
reportyor.org xəbər verir ki, “Times of Israel” qəzetinin yazdığına görə, Təl-Əvivdə nümayişdə 300 minə yaxın israilli iştirak edib. Qeyd olunub ki, etirazçılar Ayalon şossesini bağlayıblar.
“Məhkəmə islahatlarına qarşı etirazlar zamanı Təl-Əvivdə Ayalon şossesini bağlamağa cəhd edən 28 nəfər saxlanılıb”, – qəzet polisin bəyanatına istinadən yazıb.
Martın 5-də də altı yüz mindən çox israilli məhkəmə islahatına qarşı çıxıb. İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyalarında 400 minə yaxın insanın iştirak etdiyi bildirilib. Etirazçılar ölkə boyu küçələrə çıxıblar. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və atlardan istifadə edirlər.
Nümayişlərin növbəti dalğası martın 12-də baş tutub. Likud Partiyasının lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin on minlərlə əleyhdarı küçələrə axışıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ