Putin Çin prezidentini evinə dəvət etdi
Tarix: 26-03-2023, 02:24
Baxılıb: 272
Google+ Paylaş
Tumblr Paylaş

Putin Çin prezidentini evinə dəvət etdi

26-03-2023, 02:24

Rusiya və Çin təbii olaraq bir-birini tamamlayır.
reportyor.org xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” kanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Çinin enerji resurslarının sabit təchizatına ehtiyacı var və Rusiya Federasiyası belə sabitliyi təmin etməyə qadirdir. “İqtisadiyyatın yüksək inkişaf templərini və enerjiyə olan ehtiyacı nəzərə alsaq, Rusiya ilə Çin təbii olaraq bir-birini tamamlayır”, - Putin iki dövlət arasındakı dostluq münasibətlərindən danışarkən deyib.
Putin əlavə edib ki, indi tərəflər milli valyutaların istifadəsi barədə müzakirələr aparırlar. Dövlət başçısı həmçinin bildirib ki, Çin rəhbəri Si Cinpini Kremldəki mənzilinə dəvət edib, orada dünyada baş verən bir çox məsələlərə də toxunublar. Prezidentlər kaminin yanında oturub çay içə-içə dünya hadisələrini müxtəlif aspektlərdə müzakirə ediblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ