SON DƏQİQƏ! Rusiya qırıcıları havaya qaldırdı
Tarix: 21-03-2023, 01:09
Baxılıb: 519
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! Rusiya qırıcıları havaya qaldırdı

21-03-2023, 01:09

Rusiyanın “Su-35” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “B-52H” strateji bombardmançı təyyarəsinin Baltik dənizi üzərində dövlət sərhədini pozmasını qabaqlayıb.
reportyor.org xəbər verir ki, bunu Rusiya Milli Müdafiə Nəzarəti Mərkəzi açıqlayıb.
“20 mart 2023-cü il tarixində Qərb Hərbi Dairəsinin növbətçi hava hücumundan müdafiə qüvvələrinin radiolokasiya qurğuları Baltik dənizi akvatoriyası üzərində Rusiya dövlət sərhədi istiqamətində uçan hava hədəflərini aşkar edib. Onlar ABŞ Hərbi Hava Qüvvələrinin iki “B-52N” strateji bombardmançı təyyarəsi kimi təsnif edilib” – qurum açıqlayıb.
Qeyd olunub ki, dövlət sərhədinin pozulmasını qabaqlamaq üçün “Su-35” qırıcısı havaya qaldırılıb, onun ekipajı havada müəyyən edilmiş növbətçilik zonasını əhatəyə alıb.
“Xarici hərbi təyyarələr uzaqlaşdıqdan sonra Rusiya qırıcısı öz baza aerodromuna qayıdıb”, - mərkəzdən bildirilib.
Qurum əcnəbi təyyarələrə hava məkanını pozmağa imkan verilmədiyini vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ