Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib -YENİLƏNİB
Tarix: 21-03-2023, 01:06
Baxılıb: 372
Google+ Paylaş
Tumblr Paylaş

Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib -YENİLƏNİB

21-03-2023, 01:06

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpin arasında keçirilən görüş başa çatıb.
reportyor.org xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çin Sədri artıq Kremli tərk edib. Tərəflər arasında danışıqlar təxminən 4 saat 30 dəqiqə davam edib.
***
Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.
reportyor.org report-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Martın 21-də S.Cinpin və V.Putin arasında görüş olacaq. Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.
Çin liderinin səfəri martın 22-də başa çatacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ