Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO
Tarix: 20-03-2023, 13:49
Baxılıb: 284
Google+ Paylaş
Tumblr Paylaş

Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - FOTO

20-03-2023, 13:49

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən reportyor.org-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ