loading...

20 yaşlı qız özünü güllələdi

20 yaşlı qız özünü güllələdiLerik rayonunda dəhşətli intihar hadisəsi baş verib. 20 yaşlı qız özünü güllələyib.
"Reportyor.org" bildirir ki, Lerik rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Soru kənd sakini 1995-ci il təvəllüdlü Çinarə Balamirzə qızı Novruzova yaşadığı evdə özünə boyun nahiyəsindən ov tüfəngi ilə atəş açıb. Yaralı dərhal ailə üzvlərinin köməyi ilə xəstəxanaya aparılarkən xəsarətlərinin ağırlığından yolda keçinib.
Hazırda polis və prokurorluq əməkdaşları hadisənin başvermə səbəbləri araşdırır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Oxşar hadisə iyul ayının 23-də Bərdədə yaşanmışdı. Rayonun Saatlı kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əfqan qızı Cabbarova qoşalülə ov tüfəngindən atəş açaraq özünü öldürmüşdü. İlkin ehtimala görə, gənc gəlinin intiharının səbəbi ailədaxili münaqişə olub.
Aytac Cabbarova 2 ay öncə öz əmisi oğlu ilə ailə həyatı qurmuşdu.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər