Şabran polisi karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO
Tarix: 16-04-2020, 13:11
Baxılıb: 459
Google+ Paylaş
Tumblr Paylaş

Şabran polisi karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO

16-04-2020, 13:11

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Bu məqsədlə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
BÖLGƏ TV-nin Şabran rayonuna ezam olunan əməkdaşları bildiriblər ki, tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
Polis əməkdaşları həmçinin Şabranda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar.
 
 Bundan başqa,Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər. Şabran  rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan  xeyli sayda ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.
Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
 BÖLGƏ TV




























Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ