DTX: Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən zərər vurmaq istəyənlər var
Tarix: 16-04-2020, 12:55
Baxılıb: 611
Google+ Paylaş
Tumblr Paylaş

DTX: Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən zərər vurmaq istəyənlər var

16-04-2020, 12:55

“Regionda geosiyasi çağırışlar fonunda Gürcüstan Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasiətlərini sabit olaraq davam etdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) illik hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, mövcud ikitərəfli münasibətlərə qəsdən zərər vurmaqla bağlı daimi olaraq birbaşa və ya dolayı müdaxilələr möcvuddur.

Hesabata əsasən, ötən il müxtəlif siyasi və vətəndaş qruplarının Rusiyadan gələn təhlükələri, həmçinin işğal altında olan ərazilər məsələsini gizlətməyə cəhdlərlə bağlı tendensiya müşahidə olunub: “Həmin qüvvələr Türkiyə və Azərbaycanla münasiətlərdə destabilizasiya yaratmağa çalışıblar. Bəzi qruplar Gürcüstanın müəyyən bölgələrində baş verənləri Rusiyanın işğalı ilə bərabər tutmağa cəhdlər ediblər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ