Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı
Tarix: 18-03-2023, 23:30
Baxılıb: 563
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı

18-03-2023, 23:30

Ekvadorda martın 18-də 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Reportytor.tv xəbər verir ki, bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla məlumat yayıb.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Narancal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Ocaq 85 kilometr dərinlikdə yerləşib.
Hazırda qurbanlar və dağıntılar haqqında məlumat verilmir. Sunami təhlükəsi yoxdur.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Onların episentri Qəhrəmanmaraş vilayətində olub. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekorda çevrilib. Zəlzələlər nəticəsində 49 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ