Gürcü nazir tibbi maska istehsalı üçün xammal göndərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib
Tarix: 16-04-2020, 03:13
Baxılıb: 620
Google+ Paylaş
Tumblr Paylaş

Gürcü nazir tibbi maska istehsalı üçün xammal göndərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib

16-04-2020, 03:13

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava tibbi maskaların istehsalı üçün xammal göndərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Bu barədə Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir.
N.Turnava bildirib: "Gürcüstanda tibbi maskaların istehsalında xammalın tədarükündə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm".
Nazir qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
Onun sözlərinə görə, Azərbaycanda müəssisələrdən biri xüsusi olaraq Gürcüstan üçün xammal istehsal edir: "Azərbaycandan gələn xammaldan istifadə edərək biz Gürcüstanda tibbi maskaların ilk partiyasını istehsal etdik".
N.Turnava vurğulayıb ki, Gürcüstanın Azərbaycandakı səfirliyi bu xammalın Gürcüstana çatdırılması üçün çox səy göstərib.
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, tibbi maskalar hazırda Gürcüstanda 8 müəssisədə istehsal olunur.
Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin iştirakı ilə Qurumlararası Koordinasiya Şurasının sərəncamı əsasında Azərbaycandan Gürcüstana tibbi məqsədlərlə 500 min metr cuna parçası çatdırılıb. Ümumilikdə Azərbaycandan Gürcüstana 1,65 milyon metr cuna ixrac edilib.
Bundan başqa, Azərbaycan hökumətinin köməyi və "AZAL" aviaşirkətinin iştirakı ilə Çindən Gürcüstana xüsusi tibb avadanlığı çatdırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ