Mirzoyan sülh müqaviləsinin şərtlərini Bakıya necə göndərib? - Erməni nəşrindən şok iddia
Tarix: 17-02-2023, 10:52
Baxılıb: 285
Google+ Paylaş
Tumblr Paylaş

Mirzoyan sülh müqaviləsinin şərtlərini Bakıya necə göndərib? - Erməni nəşrindən şok iddia

17-02-2023, 10:52

Müxalif “Mülki Müqavilə” partiyasında Ermənistan hakimiyyətinin Türkiyəyə qarşı sərtliyi birmənalı qəbul edilir.
reportyor.org xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşrin iddiasına görə, Ermənistan yeni sülh müqaviləsi ilə bağlı şərtlərini Azərbaycana Türkiyə vasitəsilə göndərib.
“Bəziləri Xarici İşlər Nazirinin apardığı “çevik” diplomatiyaya, türklərlə dil tapmaq bacarığına çox həvəslə yanaşır və hesab edir ki, uzunmüddətli sülhün bərqərar olması üçün ilk növbədə bölgədə Türkiyə ilə münasibətləri həll etmək lazımdır. Onlar hesab edirlər ki, Ermənistan hakimiyyəti Türkiyəni Azərbaycanla münasibətlərin tənzimlənməsində vasitəçi etmək üçün onu oyuna sürükləyib və Mirzoyan sülh müqaviləsi sənədini türklər vasitəsilə Azərbaycana ötürüb.
“Bəziləri isə hesab edir ki, türklərə olan sevgi mənasızdır, çünki Ankara heç vaxt ekspansionist ambisiyalarından əl çəkməyəcək”, - deyə məlumatda qeyd olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ