"Leopard" tanklarının ilk partiyası Ukraynaya bu tarixdə çatdırılacaq
Tarix: 14-02-2023, 23:42
Baxılıb: 207
Google+ Paylaş
Tumblr Paylaş

"Leopard" tanklarının ilk partiyası Ukraynaya bu tarixdə çatdırılacaq

14-02-2023, 23:42

Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniya istehsalı olan “Leopard” tanklarının ilk partiyasının Ukraynaya mart ayında çatdırılacağını deyib.
reportyor.org xəbər verir ki, polşalı nazir bu barədə NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə açıqlamasında bildirib.
Polşanın Ukraynaya hərbi və humanitar yardımlar etdiyini deyən M.Blaşçak qeyd edib ki, eyni zamanda, Polşa ordusu gücləndirilir və müasir texnika ilə təchiz olunur.
Polşanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Blaşçak, “Leopard” tanklarının Ukraynaya çatdırılması ilə bağlı koalisiyaya yeni ölkələrin də qatılacağını diqqətə çatdırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ