Britaniya kəşfiyyatının keçmiş rəhbəri: “Çin qəsdən koronavirus barədə informasiyanı gizlədib”
Tarix: 16-04-2020, 01:16
Baxılıb: 650
Google+ Paylaş
Tumblr Paylaş

Britaniya kəşfiyyatının keçmiş rəhbəri: “Çin qəsdən koronavirus barədə informasiyanı gizlədib”

16-04-2020, 01:16

Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi, “Mİ6”nın keçmiş rəhbəri Con Soers Çin hakimiyyətini “SARS-CoV-2” koronavirusunın yayıldığı ilk vaxtlarda onunla bağlı informasiyanı gizlətməkdə ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin “The Daily Mail” qəzeti məlumat yayıb. “Amerika indi Çinə məsuliyyətdən qaçmaq istəməsinə görə çox qəzəblidir. Kommunist rejim daha Qərb ölkələrinin maraqlarına zidd hərəkət etməyə üstünlük verir”,-deyə keçmiş kəşfiyyatçı vurğulayıb.
Qeyd olunur ki, Con Soers 2007-2009-cu illərdə Böyük Britaniyanın BMT-dəki səlahiyyətli nümayəndəsi olub. O, 2009-2014-cü illərdə “Mİ6”ya rəhbərlik edib.
Təcrübəli dilomat pandemiyanın beynəlxalq münasibətləri kökündən dəyişdirəcəyini də söyləyib. Britaniyalı dövlət adamının qənaətinə görə, pandemiya şərtlərində cəmiyyətlərin texnologiyalardan asılılğı, BMT kimi beynəlxalq strukturların zəifləməsi və dünya iqtisadiyyatı mərkəzinin Asiyaya keçməsi prosesi daha da sürətlənəcək.
Con Soers ABŞ prezidenti Donald Trampın olub-bitənlərdən Ümumdünya Səhiyyə Təşkilatını məsul tutması və onu “çinpərəst” təşkilat adlandırmasına da bir məna vermədiyini deyib. Onun fikrincə, ittihamlar ÜST-ə yox, birbaşa Çinə yönəldilməli idi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ