15 yaşlı oğlan anasını öldürüb, intihar görüntüsü yaratdı - Bakıda müəmmalı cinayət
Tarix: 10-02-2023, 18:50
Baxılıb: 236
Google+ Paylaş
Tumblr Paylaş

15 yaşlı oğlan anasını öldürüb, intihar görüntüsü yaratdı - Bakıda müəmmalı cinayət

10-02-2023, 18:50

Bakıda intihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib.
Bu barədə reportyor.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.
Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ