Azərbaycandan göndərilən yardım qutusunun üzərindəki yazı diqqət çəkdi - FOTO
Tarix: 10-02-2023, 10:20
Baxılıb: 511
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycandan göndərilən yardım qutusunun üzərindəki yazı diqqət çəkdi - FOTO

10-02-2023, 10:20

Türkiyəyə göndərilən yardım qutusunun üzərindəki "Nuru Paşanı unutmadıq" yazısı diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı paylaşım edib: "Azərbaycan xalqı yardım göndərərkən “1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan Nuri Paşanı unutmadıq” mesajı verdi", - deyə o, paylaşıma əlavə edib.
Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil olub, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad edib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ