Azərbaycan ölüm cəzası ilə tam üzülüşür - Prezidentin yeni qərarı
Tarix: 8-02-2023, 09:19
Baxılıb: 344
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan ölüm cəzası ilə tam üzülüşür - Prezidentin yeni qərarı

8-02-2023, 09:19

Çingiz Qənizadə: “Müharibə cinayəti törətmiş şəxslərə ölüm cəzasının verilməməsi fəsadlara yol açmayacaq”

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının 13 nömrəli protokolunu imzalamaq səlahiyyəti verilib. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirib.
Yada salaq ki, 2023-cü ildə ölkəmizdə ölüm cəzasının ləğv olunmasının 25-ci ildönümü qeyd edilir. 1993-cü ildən Azərbaycanda ölüm cəzasının icrası dayandırılıb, 1998-ci ildə isə cəza müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə tətbiq imkanı saxlanmaqla ləğv edilib.
1993-cü ildən ölüm cəzasının icrasına moratorium tətbiq olunmuş, əfv və amnistiya institutları bərpa edilmiş, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan Şərq aləmində ölüm cəzasını ləğv edən ilk ölkə kimi də tarixə düşüb.
Ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq, 13 nömrəli protokolun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
13 nömrəli protokolun imzalanması ölüm cəzasının tamamilə ləğvi demək olacaq. Azərbaycan bunu beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə görə, yoxsa yalnız humanizm prinsiplərinə görə edir? Müharibə cinayətlərinə görə ölüm cəzasının ləğvi hansısa fəsadlara yol aça bilərmi?
Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!
Çingiz Qənizadə 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin sərəncamından sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov açıqlama verərək 13 nömrəli protokolun nə olması ilə bağlı cəmiyyətə məlumat verib: “Təbii ki, hüquqşünaslar, Avropa Şurası ilə işləyən hüquq müdafiəçiləri bu protokolun nə olduğunu bilirdi. Amma ölkənin böyük əksəriyyəti nəyin nəzərə tutulduğundan xəbərsizdir. Fuad müəllimin açıqlaması ilə cəmiyyətə tam aydın oldu ki, məsələnin mahiyyətində Azərbaycan dövlətinin daha bir humanist atması dayanır. Azərbaycan ölüm cəzasını ləğv etdiyi son 25 il müddətində torpaqlarımız işğal altındaydı, hər an böyük müharibənin alovlanması ehtimalı var idi, lakin Azərbaycan humanist addım atmışdı, eyni zamanda bəzi müharibə dövründə törədilən bəzi cinayətlərə görə ölüm cəzasını istisna hal kimi saxlamışdı. Bu, çox düzgün idi. Bununla belə, 25 il ərzində bir dənə də olsun ölüm cəzası hökmü məhkəmələrimiz tərəfindən çıxarılmayıb. İndi cəmiyyətimiz fikirləşə bilər ki, müharibə cinayətləri törətmiş şəxslərə qarşı humanizm nümayiş etdirilməsi nə qədər doğrudur? Qeyd edim ki, bu, Azərbaycan dövlətinin, onun Prezidentinin həm humanizm prinsiplərini üstün tutması kimi başa düşülməlidir, həm də Azərbaycanın Avropa institutları qarşısında üzərinə götürdüyü icrası ilə bağlıdır. Amma bu iki yanaşmada daha çox hansına üstünlük verə bilərik? Hesab edirəm ki, Azərbaycan-Ermənistan müharibəsi başa çatsa da təhlükə hələ də qalır, ermənilərin revanş hissi ilə yaşamaları onu göstərir ki, müharibə təhlükəsi qalır. Ona görə də suala belə cavab vermək olar ki, Azərbaycan və onun rəhbəri humanizm prinsiplərini daha çox əsas götürür”.
Ekspert hesab edir ki, 13 nömrəli Protokolun imzalanaraq qəbul edilməsi fəsadlara yol açmayacaq: “Azərbaycan bu addımı atarkən hər şeyi şübhəsiz ki, ölçüb-biçib və sonra qərar verib. Müharibə cinayətlərinə görə ölüm cəzasının ləğvinin fəsadlara yol açmayacağına əminlik olduğu üçün Azərbaycan tərəfi məlum addımı atıb”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ